IQNA

35-ci qayıdış yürüşündə 14 fələstinli yaralandı

23:11 - November 23, 2018
Xəbər sayı: 3484221
Qəzzə sərhədində 35-ci qayıdış yürüşünü keçirilən fələstinlilər sionist düşmən tərəfindən atəşə tutulublar. Bu yürüşlərdə biri uşaq olmaqla 14 fələstinli yaralanıb.

35-ci qayıdış yürüşündə 14 fələstinli yaralandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə günü, 23 Noyabr 2018-ci il, Qəzzə sərhədində 35-ci qayıdış yürüşünü keçirilən fələstinlilər sionist düşmən tərəfindən atəşə tutulublar.

"Müqavimət bizi birləşdirir və zəfər çaldırır" şüarı ilə keçirilən qayıdış yürüşündə biri uşaq olmaqla 14 fələstinli yaralanıb.

Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasim bəyaniyyə yayaraq elan edib: Fələstin xalqının qayıdış yürüşlərinin keçirilməsində israrlı olmağı və mühasirəni yarmağaı xalqın öz hüquqlarına və azadlığına qovuşması yolunda möhkəm əzm və iradəsinin göstəricisidir.

Qeyd edək ki, cari ilin Mart ayının 30-da başlayan qayıdış yürüşlərində indiyədək 247 nəfər fələstinli israil hərbiçilərinin gülləsi ilə şəhid edilmiş və 25 min nəfərdən çoxu yaralanmışdır.

http://iqna.ir/fa/news/3766510

Teqlər: iqna ، fələstin ، qəzzə
captcha