Məscidlər günü mərasimində iştirak edən Vəqflər Naziri ölkənin xeyriyyəçilərinin bağlanmış məscidlərin təmir edilərək yenidən istifadəyə verilməsi üçün həmkarlığa dəvət etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, məscidlər günü mərasimində iştirak edən Vəqflər Naziri ölkənin xeyriyyəçilərinin bağlanmış məscidlərin təmir edilərək yenidən istifadəyə verilməsi üçün həmkarlığa dəvət etdi.
Mərakeşin İslami İşlər və Vəqflər Naziri Əhməd Tofiq nazirliyinin məscidlər günü münasibətilə təşkil etdiyi dini mərasimdə deyib: Ölkədə 1000 məscidin təmirə ehtiyacı var. Bu məscidlərin təmiri üçün 1 milyard dirhəm büdcə lazımdır.
O, ölkənin xeyriyyəçilərinin bağlanmış məscidlərin təmir edilərək yenidən istifadəyə verilməsi üçün həmkarlığa dəvət edərək deyib: Xeyriyyəçilər bağlanılmış məscidləri diqqətdə saxlansınlar, bu məscidlərin təmir edilməsinə kömək etsinlər. Yeni məscidlərin tikilməsi yerinə qədim məscidləri təmir edib istifadəyə versinlər.
Mərakeşin Vəqflər və İslami İşlər Nazirliyinin hesabatına görə, bu ölkədə cari ildə 185 məscid tikilmişdir. Bu məscidin 160-ını xeyriyyəçilər tikdirmişdir. Yerdə qalanı isə Vəqflər Nazrinin büdcəsi hesabına tikilib.