IQNA

11:10 - December 03, 2018
Xəbər sayı: 3484278
Türkiyənin Dini İşlər Təşkilatı Afrika qitəsinin cənub-şərqində yerləşən xristian ölkəsi olan Malavidə yaşayan müsəlmanlara "Çuayi" dilinə tərcümə edilmiş 5 min nüsxə Qurani-Kərim paylayıb.

Malavidə 5 min nüsxə Quran tərcüməsi paylanıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər Təşkilatı Afrika qitəsinin cənub-şərqində yerləşən xristian ölkəsi olan Malavidə yaşayan müsəlmanlara "Çuayi" dilinə tərcümə edilmiş 5 min nüsxə Qurani-Kərim paylayıb.

Türkiyənin Dini İşlər Təşkilatı bəyaniyyə yayaraq elan edib: Bu təşkilat "Quran mənim hədiyyəmdir" layihəsi çərçivəsində Malavi cümhuriyyətində yaşayan müsəlmanlara Çuayi dilinə tərcümə edilmiş 5 min nüsxə Qurani-Kərim hədiyyə edib. Bu layihənin hədəfi Qurani-Kərimin İlahi mesajlarını bütün dünyaya çatdırmaqdır.

Bəyaniyyədə deyilir: Türkiyənin Dini İşlər Təşkilatının işçiləri bu Quran nüsxələrini əhali, şagirdlər, tələbələr və müsəlman məhbuslar arasında paylayıblar.

Qeyd edək ki, dünyanın 135 ölkəsində nümayəndəliyi olan Türkiyə Dini İşlər Təşkilatı (1975) indiyədək "Quran mənim hədiyyəmdir" layihəsi çərçivəsində dünyanın 24 ölkəsində yaşayan müsəlmanlara müxtəlif dillərdə tərcümə edilmiş 1 milyon 28 min 281 Qurani-Kərim nüsxəsi payıayıb.

Təşkilatı Afrika qitəsinin cənub-şərqində yerləşən xristian ölkəsi olan Malavinin əhalisinin sayı 18 milyon nəfərdir. Əhalinin 25 faizini müsəlmanlar təşkil edirlər. Ölkənin paytaxtı və ən böyük şəhəri Lilonqve şəhəridir.

http://iqna.ir/fa/news/3768893

Teqlər: iqna ، türkiyə ، quran ، malavi
Ad:
E-poçt:
* Comment:
* captcha: