IQNA

11:21 - December 03, 2018
Xəbər sayı: 3484279
Almaniyada keçirilən İslam konfransında bufetdə donuz əti təqdim edilməsi mübahisə yaradıb. Bu barədə "DW" məlumat yayıb.

İslam konfransında donuz əti verildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada keçirilən İslam konfransında bufetdə donuz əti təqdim edilməsi mübahisə yaradıb. Bu barədə "DW" məlumat yayıb.

Məlumata görə, Qərbi Alman Radio və Televiziya Qurumundan Tuncay Özdamarın Tvitterdə paylaşdığı xəbər qısa müddətdə sosial mediada müzakirəyə səbəb olub.  

Jurnalist Özdamar Xristian Sosial Birlik (CSU) üzvü Federal daxili işlər naziri Horst Seehoferin ev sahibliyində təqdim olunan bufetdə donuz ətinin olduğunu açıqlayıb:   

"İnşaallah halaldır. Seehoferin Daxili İşlər Nazirliyi bununla nə demək istəyir? Donuz əti yeməyən müsəlmanlara bir az hörmət göstərilməli idi. Ümumiyyətlə, müsəlmanlar üçün qanlı ətin və donuz ətinin haram olduğunu hətta Quranı tanımayanlar da bilir".

Auf der #Islamkonferenz gestern in Berlin gab es wieder Schweinefleisch auf dem Buffet. Es wurde Blutwurst serviert. İnşallah halal. Welches Zeichen will Seehofers Innenministerium damit setzen? Ein wenig Respekt vor Muslimen, die kein Schweinefleisch essen, wäre angebracht.

pic.twitter.com/HMsMAzOiZ6 — Tuncay Özdamar (@TuncayOezdamar) 29 Kasım 2018.

Şimali Reyn Vestfaliyanın yerli parlamentinin deputatı isə bildirib ki, qanlı kolbasaların üzərində qeyd olmayıb, bu səbəbdən  konfransın bəzi iştirakçıları az qala bilməyərəkdən bunu yemək üzrə olublar: "Yeməyin tərkibini ancaq bufet əməkdaşlarını sorğu sual etdikdən sonra öyrənmək mümkün oldu".  

Qeyd edək ki, bu həftə Berlində Almaniya və ölkədə yaşayan müsəlmanların dialoquna, həmçinin onların cəmiyyətdə inteqrasiyasına həsr olunmuş 12-ci konfrans keçirilir.

http://eastnews.az/news/31375

Ad:
E-poçt:
* Comment:
* captcha: