IQNA

8:41 - December 10, 2018
Xəbər sayı: 3484320
İraqın Kərbəla şəhərində yerləşən və İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət edən "Səfir" xəstəxanasında cari ilin Oktyabr ayı əzində 684 pulsuz cərrahiyyə əməliyyatı həyata keçirilib.  

Bir ayda 684 pulsuz əməliyyat keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən "Səfir" xəstəxanasında cari ilin Oktyabr ayı əzində 684 pulsuz cərrahiyyə əməliyyatı həyata keçirilib.  

"Səfir" xəstəxanası Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərir.

İmam Hüseynin (ə) müqəddəs hərəminin tibbi xidmətlər şöbəsi sayılan "Səfir xəstəxanası"nın müdiri Məhəmməd Abbas xəstəxananın hər gün İraqın müxtəlif əyalətlərindən yüzlərlə xəstəni qəbul etdiyinə işarə edərək dedi: Xəstələrin çoxu Səfir xəstəxanasına müraciət etməyi tərcih edirlər. Çünki bu xəstəxanada peşəkar həkimlər xidmət edir, otaqları bütün imkanlar və avadanlıqlar ilə təchiz edilib, inkişaf etmiş modern texnologiyadan istifadə edilir.  

"Səfir xəstəxanası"nın müdiri Məhəmməd Abbas vurğuladı: Cari ilin Oktyabr ayında müraciət edən 684 xəstənin cərrahiyyə əməliyyatının pulunu İmam Hüseynin (ə) hərəmi ödəmişdir. Xəstələr Səhiyyə Nazirliyinin təyin etdiyi çox az bir məbləğdə rüsumu ödəyirlər.  

http://iqna.ir/fa/news/3771037  

Ad:
E-poçt:
* Comment:
* captcha: