IQNA

8:32 - December 17, 2018
Xəbər sayı: 3484362
"Qədri Vilayət" mədəniyyət və incəsənət müəssisəsinin topladığı "Zəmanəni tanı" silsilə kitablarının 9-cu cildi 248 səhifədə çap və nəşr edildi. Kitabda Imam Xameneinin çıxış və təhlilləri toplanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Qədri Vilayət" mədəniyyət və incəsənət müəssisəsinin topladığı "Zəmanəni tanı" silsilə kitablarının 9-cu cildi İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyi və İslam İnqilabı Mədəniyyət və Tədqiqat Müəssisəsinin nəzarət və təyidi ilə 248 səhifədə çap və nəşr edildi.

İran İslam İnqilabının dahi rəhbəri və müsəlman dünyasının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin çıxışlarının toplusu olan "Zəmanəni Tanı" silsilə kitablarının adı "zəmanəsini tanıyana şübhə və fitnələr hücum etməz" (əl-alimu bizəmanihi la təhcumu əleyhi əl-ləvabis) hədisindən götürülmşüdür.

Kitabda İmam Xameneinin İranda və dünyada baş verən hadisələr barədə çıxışları, xatirələri, hekayələri və təhlilləri toplanmışdır. Ali Məqamlı Rəhbərin çıxışlarında vurğuladığı xüsusi adlar (hadisə, zaman, məkan və insan adları) barədə araşdırılma aparılmış və kitaba əlavə edilmişdir.

"Zəmanəni tanı" silsilə kitablarının nəşrinin əsas hədəfi İran millətinin və müsəlman ümmətinin keçmiş və müasir hadisələr barədə yaddaşını gücləndirmək və hadisələrin ən doğru təhlilini çatdırmaqdır. Çünki millətin və İslam ümmətinin hafizəsi zəifləyərsə və hadisələri düzgün təhlil edə bilməzlərsə, onlar gələcəyi tanımaqda və gələcək barədə qərar qəbul etməkdə də səhvə yol verəcəklər. Necə ki, İslam ümməti İmam Əlinin (ə) imaməti barədə səhvə yol verdilər, bu səhvi Siffeyndə, Xəvariclə döyüşdə və İmam Həsən (ə) barədə də təkrarladılar.  

http://iqna.ir/fa/news/3772683

Ad:
E-poçt:
* Comment:
* captcha: