IQNA

9:42 - December 17, 2018
Xəbər sayı: 3484365
İran Dövlət Televiziya Təşkilatı ilə  Həzrət Musa (ə) peyğəmbər serialının rejissoru arasında  serialın büdcə təminatı və çəkilişi üçün müqavilə imzalanıb. 

“Həzrət Musa (ə)” kinoserialının büdcəsi təmin olundu, çəkilişlər başlanırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran Dövlət Televiziya Təşkilatı ilə  Həzrət Musa (ə) peyğəmbər serialının rejissoru arasında  serialın büdcə təminatı və çəkilişi üçün müqavilə imzalanıb. 

Maide.Az “tasnimnews”a istinadən xəbər verir ki, müqavilə ötən gün İran dövlət televiziya təşkilatının sədri  Əbdüləli Əli Əskəri və “Həzrət Musa (ə)” serialının çəkiliş komandası arasında ötən gün keçirilən görüşdə  imzalanıb. 
Görüşdə çıxış edən Ə.Əli Əskəri bildirib ki, Həzrət Musa (ə) serialı  İran televiziya tarixində çəkiləcək ən keyfiyyətli iş olmalıdır. 
O deyib ki, televiziya bütün səyini və imkanlarını  “Həzrət Musa (ə)” serialının daha təsiredici, dərin mənalı və maraqlı iş olması üçün səfərbər edəcək.  
Həzrət Musa (ə) peyğəmbər haqqında ekranlaşacaq serialın rejissoru Camal Şurcə deyib ki, 52 seriadan 44-nün sennarisi artıq hazırdır.  “Çəkiliş qrupu tarixi yerlərə baxış keçirib.  Həzrət Yusif (ə) peyğəmbər serialınn çəkildiyi  kino şəhərciyindən Həzrət Musa (ə) haqqında çəkiləcək serialda qədim Misir şəhərinin çəkilişləri üçün istifadə olunacaq”. 
Onun sözlərinə görə "Həzrət Musa (ə)” haqqında çəkiləcək serialın çəkiliş prosesi 4 il çəkəcək. 
Ad:
E-poçt:
* Comment:
* captcha: