IQNA

21:43 - December 18, 2018
Xəbər sayı: 3484373
Küveytin "Abdullah ibn Osman" adına Qurani-Kərimin hifzi yarışlarının 3-cü turunun yekun mərasimi keçirilib. Mərasimdə Quran hafizi olan 200 əlil şagird mükafatlandırılıb.

Küveytdə 200 əlil Quran hafizi mükafatlandırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin "Abdullah ibn Osman" adına Qurani-Kərimin hifzi yarışlarının 3-cü turunun yekun mərasimi keçirilib.

Mərasimdə yarışın qalibləri mükafatlandırılıblar. Yekun mərasimində Qurani-Kərimin hafizi olan müxtəlif dərəcəli əlil qızlar və oğlanlar da iştirak ediblər.

Küveytli əlil şagirdlər arasında keçirilən Quran hifzi yarışlarında 750 qız və oğlan iştirak edib.

Yarışlarda yaxşı nəticə göstərən 200 şagird "Abdullah ibn Osman" xeyriyyə cəmiyyəti tərəfindən mükafatlandırılıb.

Əlil şagirdlər arasında Quran hifzi yarışlarının 3-cü turu Küveytin Təhsil Nazirliyi, "Mübirrətul-Mütəməyyizin" Quran dərnəyi, Küveytin "Beytuz-Zəkat" təşkilatı və "Abdullah ibn Osman"ın ailə üzvlərinin təşəbbüsü və həmkarlığı ilə keçirilib.

Qeyd edək ki, yarışların əsas təşkilatçısı Küveytin Abdullah Əbdüllətif Osman adına xeyriyyə cəmiyyətidir. Bu cəmiyyət daxildə və xaricdə dini, mədəni, ictiami və sosial sahələrdə xeyriyyə işləri ilə məşğuldur.   

http://iqna.ir/fa/news/3773127

Ad:
E-poçt:
* Comment:
* captcha: