IQNA

23:25 - December 19, 2018
Xəbər sayı: 3484381
İşarə dili ilə hazırlanmış Quran nüsxələrinin hər birinə 150 dinardan çox vəsait xərclənmişdir. Bu Quran nüsxələrinin 10 ədədini Küveytin Beynəlxalq İslami Xeyriyyə Şurası hədiyyə edib.

İordaniyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyada eşitmək qabiliyyətini itirmiş müsəlmanlara Qurani-Kərimin işarə dili ilə hazırlanmış təfsiri kitabı paylanılıb.

"İşarə dili" ilə hazırlanmış təfsir kitabının təqdimat mərasimində İordaniyanın "əl-Kərək" əyalət qubernatorunun müavini Mahir Axuraşida iştirak edib.   

Təqdimat mərasimi "Qurani-Kərimin mühafizəsi cəmiyyəti"nin təşəbbüsü ilə keçirilib. Cəmiyyətin rəisi Sitam Müayitə bu barədə deyib: Bizim əsas vəzifələrimizdən biri də Quranın mühafizəsidir. Biz gördük ki, insanların bir dəstəsi İlahi ayələri oxumaq və eşitməkdən məhrumdurlar. Buna görə də bu qəbil insanlara xidmət etməyi özümüzə borc hesab etdik.

O əlavə edib: İşarə dili ilə hazırlanmış Quran nüsxələrinin hər birinə 150 dinardan çox vəsait xərclənmişdir. Bu Quran nüsxələrinin 10 ədədini Küveytin Beynəlxalq İslami Xeyriyyə Şurası hədiyyə edib.

"Qurani-Kərimin mühafizəsi cəmiyyəti"nin rəisi vurğulayıb: Eşitmək qabiliyyətini itirmiş bir nəfər "işarə dili" ilə hazırlanmış Quran nüsxəsi əsasında Quran ayələrini eşitdikdə ağlamağa başladı.  

http://iqna.ir/fa/news/3773791

توزیع تفسیر قرآن به زبان اشاره در اردن
توزیع تفسیر قرآن به زبان اشاره در اردن
توزیع تفسیر قرآن به زبان اشاره در اردن
توزیع تفسیر قرآن به زبان اشاره در اردن
 
Ad:
E-poçt:
* Comment:
* captcha: