IQNA

13:14 - December 20, 2018
Xəbər sayı: 3484384
Suriyanın İnsan Haqları Gözətçisi həftənin ikinci günü, 18 Dekabr 2018-ci il, Suriyanın şərqində son iki ayda İŞİD-in əsirliyində olan 700 nəfərin edam olunduğunu xəbər verib.

İŞİD Suriyada 700 nəfəri edam edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın İnsan Haqları Gözətçisi həftənin ikinci günü, 18 Dekabr 2018-ci il, Suriyanın şərqində son iki ayda İŞİD-in əsirliyində olan 700 nəfərin edam olunduğunu xəbər verib.

Mərkəzi ofisi İngiltərədə yerləşən Suriya İnsan Haqları Gözətçisi məlumatda deyib: İŞİD terrorçuları son iki ayda Suriya-İraq sərhədləri yaxınlığında əsir götürdüyü 1350 nəfərin 700 nəfərini edam edib.

İŞİD terror qruplaşması Həcin şəhəri ətrafında, Fərat çayının şərqindəki kiçik bir ərazini hələ də öz kontrolunda saxlayır.

Suriyanın Kürd Xalqının Müdafiəçiləri Briqadasının rəhbərliyi altında hərəkət edən Suriya Demokratik Qüvvələri Amerikanın dəstəyi ilə Dekabr ayında İŞİD terroristlərini həmin ərazidən çıxarmaq üçün əməliyyata başlayıb.

Suriya Demokratik Qüvvələrinin komandiri Məzlum Kubani bu barədə deyib: Bu regionda hələ də 5 min nəfər İŞİD terrorçusu vardır. Onların çoxu xarici muzdurlardır və müşahidə etdiyimiz qədərincə təslim olmaq fikirləri yoxdur.

http://iqna.ir/fa/news/3773980

Ad:
E-poçt:
* Comment:
* captcha: