IQNA

Bağdadda İraq Müshəfinin açılış mərasimi keçirildi

23:43 - December 21, 2018
Xəbər sayı: 3484389
İraqın Milli Quran Elmləri Mərkəzinin sifarişi əsasında İraqlı hüsnxətt ustadlarının kitabət etdikləri Qurani-Kərim nüsəxsinin hazırlanmasına  İraq şiələrinin vəqflər idarəsi nəzarət edib.

Bağdadda İraq Müshəfinin açılış mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin 3-cü günü, 19 Dekabr 2018-ci il, İraqın paytaxtı Bağdadda Qurani-Kərimin yeni hüsnxətt ilə yazılmış əlyazma nüsxəsinin açılış mərasimi keçirilib.
İraqın Milli Quran Elmləri Mərkəzinin sifarişi əsasında İraqlı hüsnxətt ustadlarının kitabət etdikləri Qurani-Kərim nüsəxsinin (İraq Müshəfi) hazırlanmasına, çap və nəşrinə  İraq şiələrinin vəqflər idarəsi nəzarət edib.
Açılış mərasimindən öncə Bağdadda keçirilən iclasda İraq şiələrinin vəqflər idarəsinin rəisi Seyid Əla Musəvi, İordaniyalı Quran hakimi və Quranın çapına nəzarət edən beynəlxalq komitənin üzvü Səmih Xalid Əhməd Osmanə, İraqın Milli Quran Elmləri Mərkəzinin rəisi Rafe əl-Amiri, Misrli Quran hakimi Əbdülkərim Saleh, Mərakeşli hakim Məhəmməd Ətfay, İranlı hakim Həmidrza Müstəfid, Sudanlı hakim Əli Məbruk Zeyn  və İslam dünyasının tanınmış Quran ustadları iştirak ediblər.

İclasda "iraq müshəfi" hüsnxətt, səslərin həriflər üzərində qoyuluşu, xüsusi Quran sözlərinin düzgün yazılışı, təcvid işarələri, surələrin adları və digər texniki məsələlər baxımından araşdırılıb.

İraqın Milli Quran Elmləri Mərkəzinin rəisi Rafe əl-Amiri mərasimdə çıxış edərək İraqlı alimlərin Quran elmlərinin zənginləşməsindəki rolundan danışıb və əlyazma müshəfin kitabət mərhələləri barədə açıqlama verib.

http://iqna.ir/fa/news/3774196  

captcha