IQNA

Kufə məcsidində Quranın hifzi və tilavəti yarışları keçirilir – Foto

7:35 - December 22, 2018
Xəbər sayı: 3484393
Bu yarışlar Dekabr ayının 20-də İraq şiələrinin vəqflər idarəsinin nəzdində fəaliyyət göstərən "Milli Quran Elmləri Mərkəzi"nin təşəbbüsü ilə Kufə məscidində öz işinə başlayıb.

Kufə məcsidində Quranın hifzi və tilavəti yarışları keçirilir – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın parlaq istedadları arasında Qurani-Kərimin hifzi və qiraəti üzrə 11-ci milli Quran yarışları Kufə məscidində keçirilir.

Bu yarışlar Dekabr ayının 20-də İraq şiələrinin vəqflər idarəsinin nəzdində fəaliyyət göstərən "Milli Quran Elmləri Mərkəzi"nin təşəbbüsü ilə Kufə məscidində öz işinə başlayıb.

Kufə məscidinin idarə heyətinin həmkarlığı ilə keçirilən bu yarışlar sabah, həftənin bazar günü, 23 Dekabr 2018-ci il, öz işini yekunlaşdıracaqdır.

Yarışların açılış mərasimində İraqın Müqəddəs Ziyarətgahlarının baş direktoru və İraq şiələrinin vəqflər idarəsinin nümayəndəsi Seyid Musa Xalxali, İraqın Milli Quran Elmləri Mərkəzinin müdiri Rafe Amiri və digər dini və ictimai şəxslər iştirak ediblər.

"Parlaq Qurani İstedadlar" devizi ilə keçirilən bu yarışlarda İraqın müxtəlif əyalətlərindən Quran fəalları, müqəddəs hərəmlərin xadimləri və HƏŞDİ-ŞƏƏBİ-nin (xalq könüllüləri) üzvləridən olan 27 qari və 14 hafiz iştirak edir.

Yarışların ilkin mərhələsi əyalətlər səviyyəsində keçirilib. Həmin yarışların qalibləri milli yarışlara vəsiqə qazanıblar. Bu yarışların qalibləri isə beynəlxalq Quran yarışlarına göndəriləcəklər.  

http://iqna.ir/fa/news/3774228

آغاز مسابقات حفظ و تلاوت قرآن در مسجد کوفه+عکسسخنرانی رافع العامری، مدیر مرکز ملی علوم قرآن عراق در مراسم

آغاز مسابقات حفظ و تلاوت قرآن در مسجد کوفه+عکس

آغاز مسابقات حفظ و تلاوت قرآن در مسجد کوفه+عکس

آغاز مسابقات حفظ و تلاوت قرآن در مسجد کوفه+عکس

captcha