IQNA

23:21 - December 23, 2018
Xəbər sayı: 3484404
İran İslam Respublikasının Silahlı Qüvvələrinin zabit, əsgər və ehtiyatda olan hərbu qulluqçularının 38-ci və Hərbi Akademiya Tələbələrinin 17-ci Qurani-Kərim yarışlarının açılış mərasimi keçirilib.

İİR-nın Silahlı Qüvvələrinin 38-ci Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Bazar günü, 23 Dekabr 2018-ci il, İran İslam Respublikasının Silahlı Qüvvələrinin zabit, əsgər və ehtiyatda olan hərbu qulluqçularının 38-ci və Hərbi Akademiya Tələbələrinin 17-ci Qurani-Kərim yarışlarının açılış mərasimi keçirilib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin 38-ci Qurani-Kərim yarışlarının açılış mərasimi Quru Qoşunlarının hərbi təlim mərkəzində keçirilib.

Açılış mərasimi silahlı qüvvələrin Quran yarışlarının qalibi Kapitan Nayibəli Abdullahinin  Quran tilavəti ilə başlayıb.

Yarışların keçirilməsi komitəsinin katibi Polkovnik-Leytenant Mehdi Meydani yarışların proqramlarını açıqlayıb.

Mərasimdə çıxış edən "əmir sərtib" Əli Cahanşahi (Quru Qoşunlarının Koordinatoru) İran İslam Respublikasının silahlı qüvvələrinin Qurani simalarından və Qurani-Kərimi daima diqqətdə saxlamağın zərurətindən danışıb.

İran İslam Respublikası Silahlı Qüvvələrinin "Darul-Quranil-Kərim idarəsi"nin məsulu Məhəmmədrza Kəştgər açıqlamasında bildirib ki, bu yarışlarda 370 nəfər iştirak edir. Hərbiçilər Qurani-Kərimin 3, 5, 10, 15, 20, 25 və 30 cüz hifzi, qısa təfsiri, təcvidi, tərtili, peşəkar qiraəti və Azan verilmək ixtisası üzrə yarışacaqlar.    

http://iqna.ir/fa/news/3774999

Ad:
E-poçt:
* Comment:
* captcha: