Sunda Boğazının sahil boyu ərazisində yerləşən yaşayış ərazilərinin güclü tsunamiyə məruz qalması nəticəsində 280-dan çox insan həlak olub, 1000 nəfər yaralanıb, 57 nəfər isə itgin düşüb.
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Sunda Boğazının sahil boyu ərazisində yerləşən yaşayış ərazilərinin güclü tsunamiyə məruz qalması nəticəsində, son məlumatlara görə, 280-dan çox insan həlak olub, 1000 nəfər yaralanıb, 57 nəfər isə itgin düşüb. Bundan əlavə, 4,4 mindən artıq yerli sakin öz evini tərk etmək məvburiyyətində qalıb.