IQNA

21:03 - December 24, 2018
Xəbər sayı: 3484411
Tunisin Masarat Fəlsəfə və Humanitar Elmlər Araşdırma Mərkəzinin təşəbbüsü ilə ilk dəfə ixtisaslaşdırılmış Quran elmləri jurnalı işıq üzü gördü.

Tunis bazarında ilk Quran jurnalıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,Tunisin Masarat Fəlsəfə və Humanitar Elmlər Araşdırma Mərkəzinin təşəbbüsü ilə ilk dəfə ixtisaslaşdırılmış Quran elmləri jurnalı işıq üzü gördü.

Tunisdə ilk dəfə Quran mövzularını ehtiva edən juranlın adı "Midad"dır. Jurnalda Ərəb ədəbiyyatı, Quran elmləri və Quran təfsirinə aid məqalələr dərc edilib.

"Midad" jurnalının baş redaktoru Fövzi Ələvi bu barədə deyib: İndiyədək Tunisdə Quran elmlərini və təfsiri ehtiva edən ixtisaslaşdırılmış jurnal nəşr edilməmişdi. Bu jurnalın vasitəsi ilə mövcud boşluğu doldurmaq əsas hədəfimizdir.

O vurğulayıb: Bu jurnalın nəşri İran İslam Respublikasının elmi və mədəni müəssisələrinin dəstəyi baş tutdu və ən yaxın zamanda juranlın ikinci sayı da çap və nəşr ediləcək. Habelə gələcək saylarımızda İran İslam Respublikasının din alimləri və mütəfəkkirlərinin də məqalələrini dərc edəcəyik.

Qeyd edək ki, Midad jurnalında məqalələr üç dildə - İngilis, Fransız və Ərəb dillərində verilir.    

http://iqna.ir/fa/news/3774795

Teqlər: iqna ، midad juranlı ، tunis
Ad:
E-poçt:
* Comment:
* captcha: