IQNA

Ayətullah Sadiq Amuli Laricani "Quruluşun Məsləhət Şurası"nın sədri oldu

21:20 - December 30, 2018
Xəbər sayı: 3484447
İslam İnqilabının Böyük Rəhbərinin imzaladığı fərman əsasında Ayətullah Sadiq Amuli Laricani "Quruluşun Məsləhət Şurası"nın sədri və Nəzarət Şurasının Fəqih üzvü vəzifəsinə təyin edildi.

Ayətullah Sadiq Amuli Laricani İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının rəhbəri və müsəlmanların vəliyyi əmri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının imzaladığı fərman əsasında İran İslam Respublikasının Ali Baş Məhkəməsinin indi sədri Ayətullah Sadiq Amuli Laricani "Quruluşun Məsləhət Şurası"nın sədri və Nəzarət Şurasının Fəqih üzvü vəzifəsinə təyin edildi.

İslam İnqilabının Böyük Rəhbərinin hökmündə deyilir: İran quruluşunun Məsləhət Şurasının müqəddəs İran İslam Respublikası quruluşunun idarəsi, gücləndirilməsi və möhkəmləndirilməsindəki misilsiz rolu, mücahid din alimi Ayətullah Haşemi Şahrudinin vəfatına və şuranın strukturunun tez bir zamanda qaydaya salınması zərurətinə görə, sizi həmin mühüm və təsirli şuranın sədri, eləcə də möhtərəm Nəzarət Şurasının fəqih üzvü təyin edirəm.

Şura bu dövrdə onun strukturu və mahiyyətində dəyişikliklər üzrə mühüm və əsaslı məsuliyyət də daşıyır ki, sizin Nəzarət Şurasındakı görkəmli və dəyərli keçmişinizə, eləcə də məhkəmə hakimiyyətinə sədaqətli, alimanə və çoxsəyli müdiriyyətinizə əsasən, ümid edilir ki, bu dövrdə tapşırılan məsuliyyətlər tam möhkəmliklə və ən yaxşı tərzdə həyata keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3777075/

captcha