IQNA

22:53 - January 05, 2019
Xəbər sayı: 3484475
Taliban terrorist qruplaşmasının ünsürləri Əfqanıstanın Milli Şura Məclisinin namizədlərindən birini oğurlayaraq əsir edib. Hadisə Bəğlan əyalətinin Xacə Xan rayonunda baş verib

Taliban parlament nümayəndəliyinə namizədi oğurladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taliban terrorist qruplaşmasının ünsürləri Əfqanıstanın Milli Şura Məclisinin namizədlərindən birini oğurlayaraq əsir edib.
Oğurlanan parlament üzvü Əfqanıstanın Bəğlan əyalətinin Pol-e-Xomri şəhər əhalisinin Milli Şura Məclisindəki nümayəndəsi Zəlmi Züheyrdir.
Zəlmi Züheyr Əfqanıstanın mərkəzi Pol-e-Xomri şəhəri olan Bəğlan əyalətinin Xacə Xan rayonunda Taliban tərəfindən oğurlanıb.
Əfqanıstanın mərkəzi Pol-e-Xomri şəhəri olan Bəğlan əyalətinin qubernatoru Əbdül-Həyy Neməti bu xəbəri təsdiq edərək deyib: Zəlmi Züheyrin əsirlikdən azad edilməsi üçün ağsaqqalların təsiri vasitəsi ilə addımlar atılıb. İndiyədək Talibanla bu barədə danışıqlarımızın müsbət nəticəsi olmayıb. Onlar züheyri buna görə oğurlayıblar ki, o, Milli Şura Məclisinə namizəd idi.   
http://iqna.ir/fa/news/3778537

Ad:
E-poçt:
* Comment:
* captcha: