İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın paytaxtı Astana şəhərində İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə şer gecəsi mərasimi keçirilib.
İQNA-nın İran İslam Respublikasının Astanadakı səfirliyinin ümumi əlaqələr şöbəsinə istinadla verdiyi məlumata əsasən, bu mərasim həftənin Cümə günü (1 Fevral 2019-cu il) Qazaxıstanın dövlət universitetinin Fars dili və ədəbiyyatı fakülətəsində təhsil alan tələbələrin və tədris edən ustadların iştirakı ilə keçirilib.
İran İslam Respublikasının Astanadakı səlahiyyətli səfiri Məcid Sabiri mərasimdə çıxış edərək İran İslam İnqilabının 40 illiyini təbrik deyib, bu böyük hadisəni xalqın iradəsinin diktator rejim üzərində qələbəsi hesab edib.
O deyib: İran İslam İnqilabı səbəb oldu ki, İranın 2500 illik şahlıq sülaləsi devirilsin və xalqın rəyi əsasında demokratik hakimiyyət yaransın.
Məcid Sabiri tələbələrə müraciət edərək əlavə edib: Siz 70 il komunist rejimində yaşamısız, diktatoranın nə olduğunu bilirsiz və bilirsiz ki, zülm və despotçuluq heç vaxt davamlı olur. İran xalqı 40 il öncə şah rejiminin özbaşınalığına son qoydu.
Səfir çıxışının davamında tələbələrin Fars dili və ədəbiyyatını öyrənmələrini təqdir edərək onlar üçün Əttar Nişaburinin "Məntiqut-Teyr" kitabından və Qazaxıstanın məşhur siması Xacə Əhməd Yəsuvinin əsərlərindən şerlər oxuyub.
O deyib: Fars dili və ədəbiyyatı fakültəsinin tələbələri gələcəkdə iki ölkə arasında əlaqələrin inkişaf etməsində təsirli rola malik ola bilərlər.
Mərasimdə ölkənin İranşünasları, ustad və tələbələri də çıxış ediblər. Habelə mərasimin davamında şerlər oxunub, nəğmələr səsləndirilib və teatr icra edilib.
http://iqna.ir/fa/news/3786734