İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin üçüncü günü, 27 Fevral 2019-cu il, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 20-ci Qurani-Kərim yarışlarının yekun mərasimi keçirildi.
BƏƏ-nin "Şeyxə Hind bint Məktum" adın keçirilən 20-ci Qurani-Kərim yarışları Dubayın "ən-Nəhzə" xanımlar birliyinin toplantı zalında keçirilib.
Mərasimdə yarışların keçirilməsi komətisinin rəisi İbrahim Məhəmməd Buməlhə və digər üzvlər iştirak ediblər.
Yarışlar ilkin mərhələdə 162 kişi və 264 qadın və final mərhələsində 64 kişi və 77 qadının iştirakı ilə keçirilib.
Qeyd edək ki, bu yarışlar Dubay Mükafatı Beynəlxalq Quran Yarışları Müəssisəsi tərəfindən və BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd ibn Raşid Ali Məktumun dəstəyi ilə keçirilir.