IQNA

Misr Quranın elmi ecazkarlığı toplantısına evsahibliyi edir

10:27 - March 06, 2019
Xəbər sayı: 3484802
Quran və Sünnə Elmi Ecazkarlığı Dünya Birliyinin təşəbbüsü və əl-Mənsurə Universitetinin həmkarlığı ilə "İbrahim Mehdi" amfiteatrında keçirilən iki günlük toplantıda iştirak etmək hamı üçün azaddır.  

Misr Quranın elmi ecazkarlığı toplantısına evsahibliyi edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərim 11-ci Elmi Ecazkarlığı İllik Toplantısı Mart ayının 11-də Misrin "əl-Mənsurə" iqtisadiyyat universitetində keçiriləcək.

Quran və Sünnənin Elmi Ecazkarlığı Dünya Birliyinin təşəbbüsü və əl-Mənsurə İqtisadiyyat Universitetinin həmkarlığı ilə "İbrahim əl-Mehdi" amfiteatrında keçirilən iki günlük toplantıda iştiram etmək hamı üçün azaddır.  

Toplantıda elmsevərlər, tələbələr, müəllim və ustadlar, müxtəlif elmi təşkilat və qrumların nümayəndələri iştirak edəcəklər. Konfransda əl-Mənsurə universitetinin rəisi Əşrəf Əbdülbasit, Quran və Sünnənin Elmi Ecazkarlığı Dünya Birliyinin rəisi Abdullah bin Əli Busfur, əl-Mənsurə universitetinin ətraf mühitin inkişafı və sosial xidmətlər üzrə rəis müavini Məhəmməd Müləyci, əl-Mənsurə universitetinin təhsil və tədqiqat işləri üzrə rəis müavini Əşrəf Süvəylim, əl-Mənsurə Tibb Elməri İnstitutunun ankologiya müəllimi Nazim Şəms və digərləri çıxış edəcəklər.

http://iqna.ir/fa/news/3795159  

captcha