IQNA

23:50 - April 01, 2019
Xəbər sayı: 3484917
Qəna şəhərinin "Cənubul-Vadi" universitetin rəisi Abbas Mənsur bu barədə deyib: Bu toplantı bu gün Quran və Sünnət Dünya Dərnəyinin təşəbbüsü ilə günün ikinci yarısında başlayıb və dörd gün davam edəcəkdir.

Misrdə Quranın elmi ecazkarlığı illik toplantısıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 1 Aprel 2019-cu il, Misrdə Qurani-Kərimin və Peyğəmbər Sünnəsinin Elmi Ecazkarlığı toplantısı öz işinə başlayıb.

Qurani-Kərimin və Peyğəmbər Sünnəsinin Elmi Ecazkarlığı toplantısı Misrin Qəna şəhərinin "Cənubul-Vadi" universitetində keçirilir.

Qəna şəhərinin "Cənubul-Vadi" universitetin rəisi Abbas Mənsur bu barədə deyib: Bu toplantı bu gün Quran və Sünnət Dünya Dərnəyinin təşəbbüsü ilə günün ikinci yarısında başlayıb və dörd gün davam edəcəkdir.

O əlavə edib: Qəna şəhərinin "Cənubul-Vadi" universitetin mədəni proqramları çərçivəsində keçirilən bu toplantı alimlərin və tədqiqatçıların iştirakı ilə keçirilir. Toplantıda Quran ayələrinin və hədislərin elmi ecazkarlığı şərh edilir.

http://iqna.ir/fa/news/3800484

Ad:
E-poçt:
* Comment:
* captcha: