IQNA

Əlcəzayir Quranın çap tarixi sərgisinə evsahibliyi edir

23:54 - April 01, 2019
Xəbər sayı: 3484918
Əlcəzayirin paytaxtı Əlcəzirə şəhərində Qurani-Kərimin çap tarixçəsi sərgisi başlayır. Qurani-Kərimin çapı tarixçəsi sərgisi "hər şagirdə bir Quran" devizi ilə başlayır və dörd gün davam edəcəkdir.

Əlcəzayir Quranın çap tarixi sərgisinə evsahibliyi edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, 2 Aprel 2019-cu il, həftənin ikinci günü, Əlcəzayirin paytaxtı Əlcəzirə şəhərində Qurani-Kərimin çap tarixçəsi sərgisi başlayır.

Əlcəzayirin Mədəniyyət və Turizm Nazirliyi bəyaniyyə yayaraq elan edib: Qurani-Kərimin çapı tarixçəsi sərgisi "hər şagirdə bir Quran" devizi ilə başlayıb və dörd gün davam edəcəkdir.

Qurani-Kərimin çapı tarixçəsi sərgisi Əlcəzayirin Dini İşlər və Fondlar Nazirliyinin həmkarlığı ilə keçiriləcək.

Bəyaniyyədə deyilir ki, Qurani-Kərimin çapı tarixçəsi sərgisini ziyarət edənlər Qurani-Kərimin Əlcəzayirdə çapı tarixi ilə tanış olacaqlar.

Bu sərginin digər bir hissəsində isə Əlcəzayirin qədim və əlyazma Qurani-Kərim nüsxələri nümayiş olunacaq.

Əlcəzayirin Mədəniyyət və Turizm Nazirliyi elanedib: Qurani-Kərimin çapı tarixçəsi sərgisidə qədim zamanlarda və habelə müasir dövrdü Quranın tilavət və hifzinin təlimi və çapı üçün istifadə edilən təhsil ləvazimatları da sərgiyə çıxarılacaq.  

Qurani-Kərimin çap tarixçəsi, çap və nəşr mərhələləri ilə tanışlıq hədəfi ilə keçirilən bu sərgi dörd gün davam edəcək.    

http://iqna.ir/fa/news/3800449

 

captcha