İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyalı qaçqınlardan yenə də bir dəstəsi öz vətənlərinə qayıdıblar.
Bu barədə SANA xəbər agentliyinin informasiya portalı məlumat yayıb.
Məlumatda deyilir ki, dünən, keçən həftənin Bazar günü, 7 Aprel 2019-cu il, ər-Rükban qaçqın düşərgəsində yaşayan bir qrup Suriyalı sivillər ölkənin Cüləyğam keçid məntəqisini keçərək vətənlərinə geri dönüblər.
Həmçinin məlumatda vurğulanır ki, keçən həftənin Cüməaxşamı günü də Rükbanda məskunlaşmış bir qrup qaçqın vətənlərinə dönüblər.
Qeyd edək ki, ər-Rükban qaçqın düşərgəsi Suriyanın şərqində ət-Tənəf regionunda yerləşir. Bu region Amerikanın rəhbərlik etdiyi beynəlxalq işğalçı koalisiyanın nəzarətindədir. Burada yaşayan qaçqınlar çox acınacaqlı durumdadırlar və ağır məişət şəriatində qalırlar.