IQNA

9:26 - April 08, 2019
Xəbər sayı: 3484956
Pakistanın Küveytə əyaləti İran İslam Respublikasının bu ölkədəki İİR Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə Qurani-Kərim yarışları keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Küveytə əyaləti İran İslam Respublikasının bu ölkədəki İİR Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə Qurani-Kərim yarışları keçiriləcək.

Küveytə əyalətinin "İqrə" darul-Quran idarəsinin təşəbbüsü ilə keçirilən bu yarışlar Şəban ayı münasibəti ilə Ramazan ayının astanasında təşkil ediləcək.

Bu yarışda Pakistanın şiə və sünni məzhəblərinin Quran mərkəzlərinin nəzdində fəaliyyət göstərən Quran qariləri və haziflər iştirak edəcəklər.

İslami İrşad və Mədəniyyət Nazirliyinin İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalının yaydığı məlumatda deyilir ki, bu barədə Küveytənin məşhur qarisi Əbdürrəzzaq, "İqrə" Darul-Quran idarəsinin məsulu və Pakistanın beynəlxalq qarisi  İbrahim Kasi və İİR Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Kuruş Əqdayi birgə görüş zamanı müzakirə ediblər.

Bu görüşdə İİR Mədəniyyət Əlaqələri İdarəsinin məsulu bildirib ki, İran İslam Respublikasını Quran elmləri sahəsində daxildə və xaricdə fəaliyyətlərini genişləndirmişdir.

O əlavə edib: Bu siyasətin davamında Şəban ayında müsəlmanların vəhdətini qorumaq və möhkəmləndirmək hədəfi ilə şiə və sünnilərin birgə Quran yarışları keçiriləcək.

Görüş zamanı Küveytə Darul-Quran idarəsi və digər Quran fəalları İİR Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Quran yarışlarının keçirilməsi üçün həmkarlıq etməyə hazır olduqlarını elan ediblər.

Həmçinin görüşdə Quran yarışlarının ilk turunun iki beş nəfərlik qrupda keçirilməsi qərarlaşdırılıb. İlk tur Aprel ayının 25-də İran İslam Respublikasının Küveytədəki Mədəniyyət Mərkəzində keçiriləcək. Mərasimə Pakistanın nüfuzlu din alimləri, mədəni və siyasi fəalları dəvət edilib.   

http://iqna.ir/fa/news/3801584

Ad:
E-poçt:
* Comment:
* captcha: