IQNA

Şagirdlər arasında beynəlxalq Quran yarışlarının final mərhələsi

23:46 - April 16, 2019
Xəbər sayı: 3484999
İran İslam Respublikasının müqəddəs Qum şəhərində şagirdlər arasında 3-cü beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi başlayıb. Bu yarışlarda 11 orta məktəbin şagirdləri iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının müqəddəs Qum şəhərində şagirdlər arasında 3-cü beynəlxalq Qurani-Kərim yarışlarının final mərhələsi başlayıb.

Bu yarışlar hər ildə bir dəfə Qum şəhərində yaşayan əsasən Ərəb dövlətlərinin vətəndaşlarına aid məktəblərin şagirdləri arasında keçirilir. yarışlarda

İmam Hüseyn (ə) hərəminin Darul-Quran İdarəsinin təşəbbüsü ilə keçirilən bu yarışların dünən, həftənin birinci günü, 15 Aprel 2019-cu il, final mərhələsi başlayıb.

Bu mərhələdə 25 xalqın Qumda yaşayan nümayəndələrinin 11 orta məktəbdə təhsil alan şagirdləri iştirak edir.

Yarışların sınaq mərhələsində iştirak edən 750 oğlan və qızın 320 nəfəri final mərhələsinə vəsiqə qazanıb.    

Qumda yaşayan müxtəlif millətlərin orta məktəb şagirdlərinin Quran yarışlarının final mərhələsinin yekun mərasimi Cümə günü (19 Aprel 2019) keçiriləcək.  

http://iqna.ir/fa/news/3804274

captcha