İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Human Rights Watch" təşkilatının yaradıcısı Robert Bernşteyn 96 yaşında Nyu Yorkda vəfat edib. Bu barədə “New York Times” məlumat yayıb.
Robert Bernşteyn 1944-cü ildə Harvard Universitetini bitirib. O, İkinci Dünya müharibəsi zamanı ABŞ Hava Qüvvələrində xidmət edib. Bernşteyn 1978-ci ilə kimi bir neçə insan hüquqları təşkilatı yaradıb, 1988-ci ildə isə onlar vahid təşkilatda birləşərək "Human Rights Watch" adlanmağa başlayıb.
"Human Rights Watch" insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar aparan beynəlxalq qeyri-hökumət təşkilatıdır.