IQNA

Fransa: Səudiyyə və BƏƏ Yəmənə qarşı “murdarlığa” son qoymalıdır!

12:59 - May 30, 2019
Xəbər sayı: 3485223
Bu yaxınlarda 3 fransız jurnalist Fransanın Səudiyyə və BƏƏ-yə satdığı silahların siyahısını dərc etmişdi. Həmin silahlar isə birbaşa olaraq Yəmən müharibəsində dinc əhaliyə qarşı istifadə edilir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadla xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-İv le Drian ölkəsinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmənlə müharibə koalisiyasına verdiyi hərbi dəstəkdən bir söz belə açmadan bəyan edib ki, “Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndəki “iyrənc” müharibəni dayandırmalıdır”.

“Yəmən müharibəsi “iyrənc” müharibədir. Səudiyyə və BƏƏ bu müharibəni mümkün qədər tez dayandırmalıdır”, - deyə o qeyd edib.

“Bu ölkələrə silah tədarükü məsələsinə olduqca ehtiyatla yanaşmaq lazımdır və Fransa (məhz) bu cür də edir”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda 3 fransız jurnalist Fransanın Səudiyyə və BƏƏ-yə satdığı silahların siyahısını dərc etmişdi. Həmin silahlar isə birbaşa olaraq Yəmən müharibəsində dinc əhaliyə qarşı istifadə edilir.

Qeyd edək ki, Fransa ABŞ, Böyük Britaniya və Ağ Evin digər avropalı müttəfiqləri ilə yanaşı, adıçəkilən koalisiyanın ən əsas silah və hərbi texnika tədarükçülərindən biridir.

Teqlər: fransa ، yəmən ، bƏƏ ، ərəbistan
captcha