IQNA

16:32 - June 01, 2019
Xəbər sayı: 3485242
Fələstin İslami Fondunun və Əqsa Məscidi İşləri Komitəsinin rəisi Şeyx Əzəm Xətib ötən gecə Məscidul-Əqsada keçirilən Leylətul-Qədr mərasiminə 400 min fələstinlinin gəldiyini vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist İsrail rejimi əsgələrinin Beytul-Müqəddəsin girişini ciddi kontrol altında saxlamasına baxmayaraq Qədr gecəsi Əqsa məscidində 400 min nəfərin iştirakı ilə keçirilib.

Fələstin İslami Fondunun və Əqsa Məscidi İşləri Komitəsinin rəisi Şeyx Əzəm Xətib ötən gecə Məscidul-Əqsada keçirilən Leylətul-Qədr mərasiminə 400 min fələstinlinin gəldiyini vurğulayıb.

Əhli-Sünnə məzhəbinə görə mübarək Ramazan ayının 27-si axşamı keçirilən Qədr gecəsinə gələn fələstinlilər İsrail əsgərləri və polislərinin ciddi cəhdlə törətdikləri maneləri keçərək mərasimdə iştirak ediblər.   

Qeyd edək ki, Beytul-Müqəddəs Məkkə və Mədinədən sonra müsəlmanların üçüncü müqəddəs məkanıdır. Yəhudilər də bu məkanın onlara aid olduğunu iddia edirlər. 1967-ci ildə Ərəblər və Yəhudilər arasında baş verən müharibədə yəhudilər Beytul-Müqəddəsin şərqini və 1980-cı ildə bu ərazilərdə yerləşən Əqsa məscidini işğal etdilər.

http://iqna.ir/fa/news/3816243

Ad:
E-poçt:
* Comment: