IQNA

23:01 - June 01, 2019
Xəbər sayı: 3485246
Malaziyanın Terenqqanu universitetində Qurani-Kərimin ən uzun zamana malik davamlı və dayanmadan qiraət rekordunu yeniləyib. 123 saat davam edən tilavət məclisində 500 nəfər iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "thestar" informasiya portalına istinadla verdiyi xəbərə görə, Malaziyanın Terenqqanu universitetində Qurani-Kərimin ən uzun zamana malik davamlı və dayanmadan qiraət rekordunu yeniləyib.

Bu hadisə cari ilin May ayının 17-də baş verib. Universitetdə keçirilən Quranla üns məclisində tilavət 5 gün davam edib. Bu tilavət məclisində 500 nəfərdən ibarət tələbə, universitetin heyəti və yerli sakinlər 123 saat dayanmadan Quran tilavət ediblər.

Malaziyanın davamlı qiraət məsclisi Quran tilavəti mədəniyyətini hər məkan və zamanda genişləndirmək və yaymaq hədəfi ilə keçirilib.

Malaziyanın Terenqqanu universitetinin rəis müavini Nur Eyni Muxtar proqramın icrasının asan olmadığını vurğulayaraq deyib: Proqramın icrası asan olmasa da iştirakçıların çoxluğu qiraətçilərə dəstək oldu. Proqramda sıravi vətəndaşlar, uşaqlar və hətta görmə qüsuru olanlar da iştirak etdilər.

http://iqna.ir/fa/news/3816395

Teqlər: qiraət ، tilavət ، malaziya
Ad:
E-poçt:
* Comment: