IQNA

Vəhabilərin talan etdiyi Əməvilər məscidi nə zaman bərpa ediləcək?

12:47 - June 04, 2019
Xəbər sayı: 3485271
VIII əsrdə inşa edilmiş Hələbin Böyük məscidi və ya Əməvilər məscidi 2012-ci ildə “Nusra Cəbhəsi” terrorçuları tərəfindən talan edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mütəxəssislər Suriyanın Hələb şəhərindəki Böyük məscidin bərpasını qarşıdan gələn 8 il ərzində tamamlamağı planlaşdırırlar.

Məsələ ilə bağlı danışan bərpa dəstəsinin rəhbəri Mahmum Məmmar bildirib ki, VIII əsrdə inşa edilmiş Hələbin Böyük məscidi və ya Əməvilər məscidi 2012-ci ildə “Nusra Cəbhəsi” terrorçuları tərəfindən talan edilib. Terrorçular minarənin altındakı tunelə partlayıcı yerləşdirərək, 45 metrlik minarəni partladıblar.

Bərpa ilə məşğul olanlar fraqmentləri mozaika kimi yığmaq üçün hər bir daşı rəqəmləyiblər.

Hələ müharibədən bir neçə il öncə də məscidin bərpasından iştirak etmiş Məmmar bunun sayəsində məscidin detallı planını qoruyub saxlaya bilib.

Divarların hər yerində atəş izləri görünür, yerlərdə isə gilizlər var.

Bununla belə, məscid öz əsas vəzifəsini yerinə yetirməyə davam edir: bərpaçılar iş fasilələrində burada namaz qılırlar.

UNESCO-nun Ümumdünya İrsinə daxil edimiş Əməvilər məscidi Suriya hökuməti tərəfindən bərpa edilib.

Teqlər: iqna ، hələb ، əməvi məscidi ، suriya
captcha