IQNA

Yəhudilər İsrail hökumətinə etiraz edib

12:12 - June 05, 2019
Xəbər sayı: 3485275
yəhudi miqrantlar bölgənin müxtəlif yerlərində asdıqları plakatlarda İsrail hökumətinin Qəzza zolağından göndərilən yanğın törədici şarlar qarşısında səssiz qalmasını tənqid edib.

Qəzza zolağı sərhədi yaxınlığında yaşayan yəhudi miqrantlar bölgədəki təhlükəsizlik vəziyyətinə etiraz edib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, yəhudi miqrantlar bölgənin müxtəlif yerlərində asdıqları plakatlarda İsrail hökumətinin Qəzza zolağından göndərilən yanğın törədici şarlar qarşısında səssiz qalmasını tənqid edib.

Plakatlarda İsrail rejiminin bölgədə yaşayanlara qarşı laqeydliyi tənqid edilərək, "Hər hansı bir raketə, yanğına, yanğın törədici çərpələng və şara məruz qalsan məsafəni saxla və baş nazirə zəng et", - kimi ifadələrə yer verilib.

Yəhudi miqrantların etirazı ərazilərin təhlükəsizlik əməkdaşlarının bundan sonra belə yanğınları söndürməyəcəklərinə dair açıqlamasından sonra olub.

Təhlükəsizlik işçiləri yanğın söndürməyin onların vəzifələri və peşələri olmadığını bildirib.

Təhlükəsizlik işçiləri mövzuyla əlaqədar verdikləri açıqlamada İsrail ordusunun yanğını söndürmə təlimatı verdiyini, bu cür təlimatların isə qeyri-hüquqi olduğunu qeyd edib.

Teqlər: iqna ، yəhudi ، israil ، fələstin
captcha