IQNA

22:45 - June 08, 2019
Xəbər sayı: 3485292
HƏMAS liderlərindən Rafət Murra 1967-ci ildəki ən-Nəksənin ikinci ən-Nəkbə olduğunu, İsrail rejimi qüvvələrinin daha çox ərazini və bütün Qüdsü işğal etdiyini, minlərlə adamı evindən qovduğunu deyib.

İslami Müqavimət Hərəkatı (HƏMAS) liderlərindən Rafət Murra 1967-ci ildəki ən-Nəksənin ikinci ən-Nəkbə olduğunu, İsrail rejimi qüvvələrinin daha çox ərazini və bütün Qüdsü işğal etdiyini, minlərlə adamı evindən qovduğunu deyib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, Murra ən-Nəksənin 52-ci ildönümüylə əlaqədar verdiyi açıqlamada ən-Nəksənin ərəblərin siyasi və hərbi məğlubiyyətinə yol açdığını bildirib.

"Quds Pres" informasiya agentliyinin bildirdiyinə görə, müqavimətin və Fələstin xalqının bu gün daha güclü olduğunu vurğulayan Murra müqavimət və fədakarlıqlar sayəsində ən-Nəksənin yenidən yaşanmadığını qeyd edib.

İsrail rejimi qüvvələri 1967-ci ilin 5 iyununda müharibəni Misir cəbhəsinə qəfil hücumlar edərək, başlatmışdı. Sinay yarımadası və Süveyş kanalı bölgısindəki Misir hərbi bazalarına hava hücumları təşkil etmişdi.

Hücumlar 3 həftəlik gərginlikdə dönüş nöqtəsi olmuşdu. İsrail ilə Misir, Suriya və İordaniya arasında müharibəyə yol açmışdı. Müharibədə ərəblərə İraq ordusu da dəstək vermişdi.

İsrail rejimi ordusu Misir hava qüvvələrini məhv etdikdən sonra İordaniya və Suriya cəbhələrinə istiqamətlənmişdi. İordaniya, Suriya və İraq hava qüvvələri Misir cəbhəsindəki təzyiqi azaltmaq üçün yəhudi düşərgələrinə hücuma başlamışdı.

5 iyununun sonunda Misir, Suriya və İordaniya hava qüvvələri tamamilə müharibədən kənarda qalmış, İsrail rejimi qüvvələri 1948-ci ildə işğal etdiyi torpaqlardan 4 dəfə çox ərəb ərazisini işğal etmişdi.

Ad:
E-poçt:
* Comment: