IQNA

Amerikalı cavanlar İslam Mərkəzinə hücum planları barədə etiraf ediblər

12:21 - June 29, 2019
Xəbər sayı: 3485409
Bu üç cavan kişi cari ilin Yanvar-Fevral aylarında Nyu-York əyalətində yaşayan kiçik müsəlman cəmiyyətinin əleyhinə irqçilik və islamofobiya zəminində iş görməkdə təqsirli bilinərək həbs edilmişdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikalı üç cavan kişi müsəlmanlara və onların İslam Mərkəzlərinə hücum barədə planlarının olduğuna etiraf ediblər.

Cavan yaşlarında olan bu üç kişi cari ilin Yanvar-Fevral aylarında Nyu-York əyalətində yaşayan kiçik müsəlman cəmiyyətinin əleyhinə irqçilik və islamofobiya zəminində iş görməkdə təqsirli bilinərək həbs edilmişdilər.

Onlar dünən, həftənin Cümə günü, 28 İyun 2019-cu il, keçirilən məhkəmədə etiraf ediblər ki, müsəlmanların məscid və dini mərkəzlərinə hücum etmək üçün plan hazırlayırmışlar.

Vinsent Vetrumil (20 yaş), Andre Kraseyl (19 yaş) və Brayan Kulanri (20 yaş) müsəlmanların Nyu-Yorkdakı 30 illik "İslamberg" dini mərkəzinə terror hücumu edəcəklərinə etiraf ediblər.

Qeyd edək ki, onlar dörd nəfər olublar. Digər yoldaşlarının 16 yaşı olub və məhkəməyə gəlməyib. Cinayətkarlardan əldədüzəltmə partlayıcı maddələr və odlu silahlar aşkar edilərək götürülüb.  

http://iqna.ir/fa/news/3823013

captcha