IQNA

Beynəlxalq orqanlar Yəmən xalqının qətli-amında ittiham olunublar

23:38 - July 04, 2019
Xəbər sayı: 3485448
Yəmənlilər BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı tərəfindən xarab olmuş qida maddələri və dərmanların göndərilməsinə etiraz ediblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, bundan öncə Yəmən gömrük idarəsi Ümumdünya Ərzaq Proqramının ərzaq və dərman yardımları adı altında bu ölkənin xalqı üçün göndərdiyi istehlak müddəti başa çatmış xarab dərmanlar və hamilə qadınlara məxsus qida maddələri və undan ibarət yüzlərlə ton yükü Əlhudəydə gömrüyündə aşkar etmişdi.

Yəmənli rəsmilər bildiriblər ki, ilk dəfə deyildir ki, Yəmən xalqının bu yardımlara ehtiyacından sui-istifadə edilir və bu, bir növ dolayısı ilə qırğındır.

Daxili insan haqları orqanları beynəlxalq təşkilatların fəaliyyətlərinin dayandırılması və təhqiqatın icrası vacibliyinə toxunaraq, beynəlxalq cinayət məhkəməsindən istəyiblər ki, bu məsələyə baxmaq üçün işə qarışsın.

Teqlər: yəmən ، bmt ، iqna ، quran
captcha