IQNA

Vəhy diyarına 730 min Həcc zəvvarı səfər edib

10:22 - July 26, 2019
Xəbər sayı: 3485581
Səudiyyənin elan etdiyinə görə, indiyədək Vəhy diyarını ziyarət etmək və Təməttö Həcci ayinlərini yerinə yetirmək üçün indiyədək dünyanın müxtəlif ölkələrindən 730 min 506 nəfərdən çox zəvvar Hicaza gəlib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı dövlətinin elan etdiyinə görə, indiyədək Vəhy diyarını ziyarət etmək və Təməttö Həcci ayinlərini yerinə yetirmək üçün indiyədək dünyanın müxtəlif ölkələrindən 730 min 506 nəfərdən çox zəvvar Hicaza gəlib.

Bu barədə Səudiyyə Ərəbistanı dövlətinin daxili işlər nazirliyinin Baş Pasport İdarəsi cari həftənin üçüncü günü, 24 İyul 2019-cu il tarixində məlumat yayıb.

Hacıların 705 min 360 nəfəri hava, 19025 nəfəri quru və 9 min 121 nəfəri isə su yolu vasitəsi ilə Ərəbistana gəliblər.

Bu il Ciddə dəniz limanından Ərəbistana 22 min nəfər zəvvarın daxil olacağı gözlənilir ki, bu da keçən il ilə müqayisədə 38 faiz artım deməkdir.

Hicazın Zairlərin İşlərinə Yardım Müəssisəsinin (Muəssisətul-Ədilla) hesabatına görə isə, hazırda Mədinətun-Nəbidə (Mədinə Şəhəri) 200 min 192 hacı ziyarətə məşğuldurlar. Ümumilikdə isə Həcc mövsümünün əvvəlindən indiyədək Peyğəmbər (s) şəhərini 479 min 917 nəfər ziyarət edib.

Qeyd edək ki, İran İslam Respublikasından indiyədək Həccə gedənlərin sayı 53 min 328 nəfəri keçib. Onların 10 min nəfəri hazırda Mədinə şəhərini ziyarət edirlər. Ümumilikdə isə cari ildə 86 min nəfər iranlı Həcci ayinlərini yerinə yetirəcək.     

http://iqna.ir/fa/news/3829850

Teqlər: həcc ، mədinə ، məkkə ، hacı ، ziyarət ، zəvvar ، iqna ، hicaz ، vəhy diyarı
captcha