
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin Cümə günü, 26 İyul 2019-cu il, Hindistanın Yeni Dehli şəhərində Nigeriyanın səfirliyi qarşısında Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirilib.
Etirazçılar müxtəlif şüarlar səsləndirərək Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin uzun müddət həbsdə saxlanılmasını, ona işkəncə verilməsini pilsəyib, sağlamlığının təhlükə altında olduğunu və Şeyx Zəkzakinin dərhal azadlığa buraxılmasını tələb ediblər.
Etirazçılar “Nigeriya dövlətinə ölüm”, “Şeyx Zəkzaki tez azad olunsun”, “Şeyx Zəkzaki xalqın xidmətçisidir” və “Şeyx Zəkzakini dəstəkləyirik” kimi şüarlar səsləndirib.
Dehlidən başqa Hindistanın Kəşmir və Kargil bölgələrində də Şeyx Zəkzakinin azadlğı tələbi ilə etiraz aksiyası keçirilib.