İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın ən qoca Qurani-Kərim hafizi 72 yaşlı xanımdır.
Xanım Xeyriyyə Hüseyn Sabir Ərəbistanın "nənə"si (cəddə) ləqəbini qazanıb. Çünki 72 yaşlı Xeyriyyə nənə qoca yaşında ikən möhkəm iradəsi ilə Quranı əzbərləyə bilib.
Ciddə şəhərinin "Darul-Hüda" Quran hifzi mərkəzində təhsil alan Xeyriyyə nənə bu il Ciddə şəhərində ən qoca yaşlı Qurani-Kərim hafizi elan edilib.
Xeyriyyə nənə təkcə Quranı hifz etməklə kifayətlənməyib. O, Quranı yaxşı dərk etmək üçün Ciddənin Quran elmləri və təfsiri təlimlərində də iştirak edib.