IQNA

19:39 - September 15, 2019
Xəbər sayı: 3485818
Məscidlərin günbəzləri və minarələri üzərindən müsəlmanların dini memarlıq simvollarından sayılan aypara (hilal) və ay-ulduz simvolları yığışdırılıb və Çin memarlığının simvolları yerləşdirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti rəsmiləri İslam dininə aid simvolların məscidlərin memarlığından yığışdırılması barədə göstəriş veriblər.

Bu göstərişə əsasən məscidlərin günbəzləri və minarələri üzərindən müsəlmanların dini memarlıq simvollarından sayılan aypara (hilal) və ay-ulduz simvolları yığışdırılıb və Çin memarlığının simvolları yerləşdirilib.

Yerli şahidlərin və dini azadlıqlar sahəsində fəaliyyət göstərən jurnalistlərin məlumatına görə, Hanan əyalətinin Jangju şəhərində bu hal müşahidə edilib.  

Bu məlumata görə cari ilin İyul və İyun aylarında Arçi regionunda yeddi məscidin İslami memarlıq simvolları məhv edilib.

Qeyd edək ki, 2017-ci ildə Çin dövləti "İslamın Çinliləşdirilməsi" adlı qanun layihəsini qəbul edib. Buna əsasən İslam mədəniyyətini əks etdirən bütün simvollar Çinli müsəlmanların həyatından təmizlənməlidir.      

http://iqna.ir/fa/news/3842324

Ad:
E-poçt:
* Comment: