IQNA

23:01 - September 20, 2019
Xəbər sayı: 3485839
Hindistanda yaşayan Ram Muhan adlı bir qeyri-müsəlman və "hindu" bu ölkənin Heydərabad şəhərində "Ənsarul-Hüseyn (ə)" (Hüseynin köməkləri) adlı xeyriyyə cəmiyyəti təsis edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanda yaşayan Ram Muhan adlı bir qeyri-müsəlman və "hindu" bu ölkənin Heydərabad şəhərində "Ənsarul-Hüseyn (ə)" (Hüseynin köməkləri) adlı xeyriyyə cəmiyyəti təsis edib.

Ram Muhan və onun bir neçə xeyirxah dostu "hindu" olmaqlarına baxmayaraq Əhli-Beyt (ə) aşiqidirlər. Onlar İmam Hüseyni (ə) çox sevirlər və o həzrətin (ə) adına müxtəlif xeyriyyə cəmiyyətləri yaradıblar.

Onlar İmam Hüseyn (ə) tibbi xeyriyyə cəmiyyəti də yaradıblar. Bu adla təşkil etdikləri xeyriyyə turlarına imkansız insanlara tibbi köməklər göstərirlər.

Ram Muhan həftənin hər Cüməaxşamı "MirMəhəmməd Mömin Əstərabadi" (Heydərabad şəhərini 1591-ci ildə təsis edib) adına qəbiristanlıqda kasıblara yemək paylayır.  

http://iqna.ir/fa/news/3843321

Teqlər: iqna ، heydərabad ، ram ، hindu ، imam Hüseyn
Ad:
E-poçt:
* Comment: