IQNA

"Dünyanın ən yaxşı məscidləri"nin müəllifi turistlərə çağırış etdi

10:15 - September 26, 2019
Xəbər sayı: 3485878
"Dünyanın ən yaxşı 100 məscidi" kitabının müəllifi turistlərə tövsiyə xarakterli çağırış edib: "Məscidlərə girin və məscidin daxilindəki mənəvi hal və abu-havası ilə yaxından tanış olun".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  "Dünyanın ən yaxşı 100 məscidi" kitabının müəllifi Bernard Okane dünyanın müxtəlif ölkələrinə səyahət edən turistlərə tövsiyə xarakterli çağırış edib: "Məscidlərə girin və məscidin daxilindəki mənəvi hal və abu-havası ilə yaxından tanış olun".

Qahirədəki Amerika Memarlıq Universitetinin memarlıq fənni üzrə müəllimi və İslami incəsənət araşdırmaçısı və "Məscidlər: İslamın ən yaxşı 100 ibadət məkanı" kitabının müəllifi öz kitabında dünyanın ən yaxşı məscidləri barədə məlumatları toplamışdır.

O, kitabında səyyah və turistlərə tövsiyə edir: "İslam ölkələrinə səfər etdiyiniz zaman mütləq məscidləri də ziyarət edin. Məscidlərin xarici və daxili görünüşü və memarlığı ilə tanış olun. Həm də məscidlərə daxil olaraq məscidlərdəki daxili fəza, mənəviyyat, adət və ənənələri yaxından hiss edin.

O əlavə edir: Məndən dünyanın 100 ən yaxşı məscidi barədə kitab yazmağımı istədilər. Mən bunun üçün müxtəlif məscidləri araşdırdım. Məscid binaları mənim üçün çox maraqlı və həyacanlı idi. Məscidlərin coğrafi və tarixi əhatəsini öyrənmək üçün dünyanın müxtəlif ölkələrində yerləşən maraqlı məscidlərin 85 faizini gəzdim. Və kitabımda Avropa, Şimali Amerika, Afrika və Asiyadakı ən maraqlı məscidlər barədə məlumatları yazdım.

Okane deyir: Afrikanın qərbi, Misr, İran və Hindistandan tikilən məscidlər memarlıq baxımından bir-birindən çox fərqlənir. Məscidlərdə işlədilən bəzək və zinət növləri bir-birindən əsaslı şəkildə fərqlənir.     

http://iqna.ir/fa/news/3844994

Teqlər: Okane ، Bernard ، memar ، məscid ، iqna
captcha