IQNA

Ərəbdilli ölkələrdə Misr metodu ilə işarələnmiş Quranlar paylanıldı

13:36 - September 27, 2019
Xəbər sayı: 3485882
İran İslam Respublikasının Qurani-Kərimin nəşri və çapı mərkəzi tərəfindən Ərəb dilində danışan müsəlman ölkələrində Misr Quran çapı metodu ilə işarələnmiş bir milyon Qurani-Kərim nüsxəsi paylanılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qurani-Kərimin nəşri və çapı mərkəzi tərəfindən Ərəb dilində danışan müsəlman ölkələrində Misr Quran çapı metodu ilə işarələnmiş bir milyon Qurani-Kərim nüsxəsi paylanılıb.

Bu barədə İran İslam Respublikasının Qurani-Kərimin nəşri və çapı mərkəzinin müdiri Məhəmməd Babayi İQNA ilə müsahibəsində məlumat verib.

O bildirib ki, bu Quran nüsxəsinin ekektron nüsxəsi İran İslam Respublikasının müxtəlif ölkələrdə olan Mədəniyyət Əlaqələri İdarələrinə və mədəni müəssisələrə verilib.

Babayi vurğulayıb: Bu Quran nüsxəsindən bir milyondan çox çap və nəşr edilib və mümkündür bu say daha da artsın. Və həmçinin mümkündür ki, bu Müshəfin faylı digər ölkələrdə də mədəni-maarif müəssisələri tərəfindən çap və nəşr edilsin.

İran İslam Respublikasının Qurani-Kərimin nəşri və çapı mərkəzinin müdiri deyib: 300 min Quran nüsxəsi də Fars dili işarələnməsi metodu ilə nəşr və çap edilib. İran çap edən Quranların cildi və formatı İran dizaynına uyğundur və bütün nüsxələr nəstəliq xətti ilə yazılmışdır.   

http://iqna.ir/fa/news/3841430

Teqlər: iqna ، quran ، müshəf ، nəstəliq
captcha