IQNA

16:22 - September 29, 2019
Xəbər sayı: 3485893
İclasa Suriya, Fələstin, İraq, İran, Türkiyə, Livan, Gürcüstan, Tacikistan, Şri-Lanka, Hindistan, Malaziya, Braziliya, Yəmən və sair ölkələrdən siyasi, mədəni, elmi və dini şəxsiyyətlər qatılacaqlar.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "III Fələstinli uşaqlar və yeniyetmələrlə həmrəylik samiti" keçiriləcək.

Gələn həftənin Cüməaxşamı günü (3 Oktyabr 2019-cu il) Tehranın "İslam İnqilabı və Müqəddəs Müdafiə Bağ Muzeyi"ndə Fələstinli yenitmə şəhid "Şəhid Məhəmməd Dürrə"nin xatirəsinə həsr edilmiş iclasda dünyanın siyasi və mədəni şəxsiyyətləri iştirak edəcəklər.

Sionist rejiminə və bütün növ işğalçılığa müxalif olan "Cavan və yeniyetmələrin beynəlxalq birliyi"nin təşəbbüsü ilə keçirilən bu iclasın hədəfi Fələstinli cavan, yeniyetmə və uşaqların hüquqlarını qorumaq və onlara beynəlxalq dəstək yaratmaqdır.   

Bu iclasa Suriya, Fələstin, İraq, İran, Türkiyə, Livan, Nigeriya, Gürcüstan, Tacikistan, Şri-Lanka, Hindistan, Malaziya, Braziliya, Yəmən və sair ölkələrdən siyasi, mədəni, elmi və dini şəxsiyyətlər qatılacaqlar.  

http://iqna.ir/fa/news/3845748

Ad:
E-poçt:
* Comment: