IQNA

15:04 - October 04, 2019
Xəbər sayı: 3485912
Əfqanıstan silahlı qoşunlarının xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Taliban əsirliyində olan 13 nəfər həbsdən azad edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan silahlı qoşunlarının xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Taliban əsirliyində olan 13 nəfər həbsdən azad edilib.

Əfqanıstanın Müdafiə Nazirliyi elan edib ki, Helmənd əyalətinin Nəhrsirac rayonunda gecə keçirilən əməliyyatda Talibanın əlində olan sivil vətəndaşlar azad edilib.

Taliban terroruçularının Helmənd vilayətində şəxsi həbsxanaları var. Bu həbsxanalarda saxlanılan əsirlərin çoxu sivil vətəndaşlardır. Cari ilin əvvəlindən indiyədək Talibanın 10-dan çox belə həbsxanası məhv edilib və 150 nəfər azadlığa qovuşub.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Əfqanıstandakı Yardım Missiyası (United Nations Assistance Mission in Afghanistan) araşdırmalarında göstərib ki, Talibanın həbsxanalarında sivil əsirlər ölüncəyədək işgəncə edilirlər.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının hesabatında əlavə edilir ki, Taliban əsirləri çox dözülməz bir vəziyyətdə saxlayır. Onları işgəncə edir və çətin işlər gördürür.

http://iqna.ir/fa/news/3847089

Teqlər: iqna ، taliban ، əfqanıstan ، mbt ، UNAMA
Ad:
E-poçt:
* Comment: