IQNA

15:15 - October 04, 2019
Xəbər sayı: 3485914
Son günlərdə İraq xalqının iqtisadi və sosial problemlər səbəbi ilə etdiyi yürüşlər Bağdadda və bir neçə şəhərdə ictimai problemlər və Bağdad, Kazimeyn, Samerra və Nəcəfdə ictimai çaxnaşmalar yaradıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son günlərdə İraq xalqının iqtisadi və sosial problemlər səbəbi ilə etdiyi yürüşlər Bağdadda və bir neçə şəhərdə ictimai problemlər yaradıb.

Üç gün ardıcıl aksiya keçirənlər keçən gecə dövlət tərəfindən komendant saatının tətbiqinə baxmayaraq küçələrə çıxıblar.

Bu etirazlar Bağdad, Kazimeyn, Samerra və Nəcəfdə ictimai çaxnaşmalar yaradıb.

Xəbər qaynaqları etiraz aksiyalarında ölən və yaralananların sayının çoxaldığını yazıblar. Bəzi qaynaqlarda yürüşlərdə 20 nəfərin öldüyü deyilir.

İraq polisi sözü gedən şəhərlərdə, həmçinin Nəcəf, Babul, Meysan və Ziqar rayonlarında gediş-gəlişə məhdudiyyət qoyub.

Son xəbərlərə görə etirazçılar ilə İraqın baş naziri Adil Əbdülmehdi arasında danışıqlar baş verib və bəzi razılaşmalar əldə edilib. Bu razılaşmadan sonra bir çox şəhərlərdə vəziyyət adi hala qayıdıb.   

http://iqna.ir/fa/news/3847086

Teqlər: iqna ، bağdad ، iğtişaş ، yürüş ، sərhəd ، ərbəin
Ad:
E-poçt:
* Comment: