IQNA

16:48 - October 12, 2019
Xəbər sayı: 3485942
Amerikanın İllinoys əyalətinin Çikaqo şəhərində dünya müsəlmanlarının mədəniyyəti ilə bağlı sərgi dünən (11 Oktyabr 2019-cu il) öz işinə başlayıb və Dekabr ayının 22-dək davam edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın İllinoys əyalətinin Çikaqo şəhərində dünya müsəlmanlarının mədəniyyəti ilə bağlı sərgi dünən (11 Oktyabr 2019-cu il) öz işinə başlayıb və Dekabr ayının 22-dək davam edəcəkdir.

Bu sərgi Çikaqo şəhərinin "Sabeel Center" mərkəzində "Amerikadan Zəngibara qədər yaxın və uzaq İslam mədəniyyəti" devizi ilə keçirilir.

Müsəlmanların mədəniyyət müxtəlifliliyini ehtiva edən bu sərgi Amerikanın Manhattan uşaq muzeyinin təşəbbüsü ilə təşkil edilib və indiyədək ABŞ-ın bir çox əyalət və şəhərlərdə keçirilib.

Sərgidə müsəlmanların memarlıq, incəsənət, dizayn, musiqi, turizm, nağıl, yemək və geyim mədəniyyətləri nümayiş edilir.   

Bu sərgi ilk dəfə 2016-cı ilin Fevral aynında keçirilib. Həmin sərgidə müsəlmanların uşaqlıq dövrünün necə keçdiyini göstərən mövzular nümayiş olunub. 

https://iqna.ir/fa/news/3849228

Ad:
E-poçt:
* Comment: