IQNA

8:56 - October 13, 2019
Xəbər sayı: 3485947
İraqda fəaliyyət göstərən "İraqın və dünyanın Hüseyni (ə) heyətləri və mukibləri idarəsi" cari ilin ƏRBƏİN yürüşü mərasimində dünyanın 21 ölkəsi tərəfindən 10 min 700 mukibin xidmət göstərdiyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmləri nəzdində fəaliyyət göstərən "İraqın Hüseyni (ə) heyətləri və mukibləri idarəsi" cari ilin ƏRBƏİN yürüşü mərasimində dünyanın 21 ölkəsi tərəfindən 10 min 700 mukibin xidmət göstərdiyini elan edib.

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmləri nəzdində fəaliyyət göstərən "İraq və dünyanın ƏRBƏİN (ə) heyətləri və mukibləri idarəsi"nin rəisi Riyaz Nemət Salman dünən, həftənin Şənbə günü, 12 Oktyabr 2019-cu il, elan edib: Bu il ƏRBƏİN ziyarəti zamanı piyada yürüş edənlərə xidmət göstərmək üçün dünyanın 21 ölkəsindən 10700 mukib və heyət qeydiyyatdan keçib.

O əlavə edib: İdarəmiz və dövlət orqanları zəvvarların rahat ziyarət etməsi, piyada yürüşünə qoşulması və istirahətləri üçün yollarda xüsusi yerlər hazırlanmasında həmkarlıq edirlər.   

"İraq və dünyanın ƏRBƏİN (ə) heyətləri və mukibləri idarəsi"nin rəisi vurğuladı: Heyətlərin İmam Hüseynin (ə) hərəminə girməsi üçün xüsusi zaman və saatlar təyin edilib və heyətlər öncədən qeydiyyatdan keçərək razılaşdırılmış saatda ziyarət üçün hərəmə daxil olacaqlar.

https://iqna.ir/fa/news/3849378

Ad:
E-poçt:
* Comment:
* captcha: