IQNA

9:20 - October 31, 2019
Xəbər sayı: 3486058
Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullahın bu çıxışı sabah, Cümə günü, günün ikinci yarısında, yerli vaxtla saat 14:30-da başlayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah sabah, həftənin Cümə günü, 1 Noyabr 2019-cu il, Livanlı alim, Livan Ali Elmi Dini Hövzəsinin təsisçisi və məşhur şiə tarixçisi Əllamə Seyid Cəfər Mürtəza Amulinin vəfatı münasibəti ilə çıxış edəcək.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullahın bu çıxışı sabah, günün ikinci yarısında, yerli vaxtla saat 14:30-da başlayacaq.

Qeyd edək ki, Livanlı islamşünası, fəqih, Quran təfsirçisi, tarix araşdırmaçısı, şiə tarixi mütəxəssisi, Qum və Livan dini elmi hövzələrinin ustadı Əllamə Seyid Cəfər Mürtəza Amuli 1364-cü hicri-qəməri tarixi ili Livanda anadan olmuşdur. O, keçən həftənin Şənbə günü, Oktyabr ayının 26-da, 75 yaşında ikən vəfat etdi.

https://iqna.ir/fa/news/3853137

Ad:
E-poçt:
* Comment:
* captcha: