IQNA

7:08 - November 03, 2019
Xəbər sayı: 3486080
Əfqanıstanın şərqində yerləşən Pəktika əyalətinin Səruzə şəhərinin Sultan kəndi yolunda terrorçular quraşdırdığı mina bir ailəni məhv etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Əfqanıstanın şərqində yerləşən Pəktika əyalətinin Səruzə şəhərinin Sultan kəndi yolunda terrorçular quraşdırdığı mina bir ailəni məhv etdi.

Pəktika vilayətinin polis qərargahının sözçüsü Şah Məhəmməd Aryən dünən, həftənin Şənbə günü, 2 Noyabr 2019-cu il, bu barədə açıqlama verərək deyib: 7 nəfərlik ailə üzvlərinin mindiyi şəxsi maşın yolda quraşdırılmış minaya düşüb. Ailənin bütün üzvləri ölüb.  

Bu terror hadisəsinin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Əfqanıstan rəsmiləri isə bu barədə Talibanı günahlandırır.

Qeyd edək ki, ötən gün Əfqanıstanın Polxəmri şəhərində baş verən digər iki partlayışda 15 nəfər yaralanıb.   

https://iqna.ir/fa/news/3854121

Ad:
E-poçt:
* Comment: