İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 10 Noyabr 2019-cu il, Fransa xalqı ölkənin paytaxtı Paris şəhərində İslamofobiya əleyhinə yürüş keçirdilər.
Minlərlə insanın qatıldığı bu yürüşdə "dindara qarşı nifrətə YOX!", "İslamofobiya yetər", "hicablı qadınlarla həmrəylik", "tolerant yaşamaq zəruridir", "İslamofobiyaya yox" və "dini tənqidə bəli" kimi şüarlar səsləndirilib.
Xəbər qaynaqlarının məlumatına əsasən "İslamofobiya ilə mübarizə" və "anti-kapitalizm partiyası"nın təşəbbüsü ilə keçirilən bu yürüşdə 25 min nəfər iştirak edib. Onlar müsəlmanlara qarşı nifrət kampaniyasının dayandırılmasını tələb ediblər.