IQNA

20:38 - November 16, 2019
Xəbər sayı: 3486152
Azərbaycan respublikasının paytaxı Bakıda dünyanın 70 ölkəsinin din və məzhəb rəhbərlərinin, elm və mədəniyyət adamlarının iştirakı ilə iki günlük konfrans keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan respublikasının paytaxı Bakıda dünyanın 70 ölkəsinin din və məzhəb rəhbərlərinin iştirakı ilə konfrans keçirilib.

Noyabr ayının 14 və 15-də keçirilən iki günlük toplantıda dini radikalizm, təkfirçilik, terrorizm və tolerantlıq məsələləri müzakirə edilib.

Toplantıda müxtəlif ölkələrin 500-dən çox ruhani, dini rəhbərləri, ictiami xadimləri, din alimləri, elm və mədəniyyət adamları iştirak ediblər.

Konfransa İran İslam Respublikasının Dinlərarası dialoq mərkəzinin və İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman, İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə, Vəliyyi-Fəqihin Azərbaycandakı nümayəndəsi Höccətul-İslam vəl-müslimin Əliəkbər Ocaqnəjad və digər elm və mədəniyyət fəalları qatılıblar.

İclasda dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, müxtəlif dinlərin davamçıların qarşılıqlı etimadının yaranması, terrorizm əleyhinə vahid mövqe, yadellilərin işğalçılığına qarşı müqavimət sərgilənməsi, uşaqların və xanımların hüquqlarının qorunması və cavan nəslin maarifləndirilməsi mövzuları üzərində müzakirələr aparılıb.

    https://iqna.ir/fa/news/3857221

 

Ad:
E-poçt:
* Comment: